-->
“Ramşteyn formatı” üzrə növbəti görüş 10 gün ərzində baş tutacaq

“Ramşteyn formatı” üzrə növbəti görüş 10 gün ərzində baş tutacaq

Ukraynanın müdafiəsinə dair Təmas Qrupunun (“Ramşteyn formatı”) növbəti iclası yaxın 10 gün ərzində keçiriləcək. Viral.az xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrinin general-mayoru Kristian Fröydinq iyulun 12-də Kiyevdə jurnalistlər üçün keçirdiyi brifinq zamanı məlumat verib. Xatırladaq ki, bu formatda sonuncu görüş 4 iyun tarixində NATO-nun Brüsseldəki qərargahında baş tutub.  

Ətraflı
Bu rayonda da ehsan verilməyəcək

Bu rayonda da ehsan verilməyəcək

Sabirabad və Saatlı rayonlarında yas mərasimində ehsanın verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib. Viral.az xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Sabirabadın din xadimi Yusif Bağırov məlumat verib. O bildirib ki, bir neçə gün öncə bununla bağlı ağsaqqallar təklif irəli sürüblər və belə qərar verilib. “Ehsan qadağan edilməyib, sadəcə çay süfrəsinin açılması, ehsanın verilməməsi ilə…

Ətraflı
"Qarabağ" yeni transferini AÇIQLADI

“Qarabağ” yeni transferini AÇIQLADI

Azərbaycan çempionu “Qarabağ” növbəti transferini açıqlayıb. Viral.az xəbər verir ki, Ağdam klubu Kris Kukau ilə heyətini gücləndirib. Fil Dişi Sahilindən olan futbolçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, son olaraq Portuqaliyanın “Mafra” klubunun şərəfini qoruyub. Qeyd edək ki, 25 yaşlı futbolçu son mövsümdə Portuqaliya 2-ci Liqasında 32 oyunda 2 qolla yadda qalıb.

Ətraflı
Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirdi

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirdi

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh müqaviləsi üzrə əldə olunan razılığın möhkəmləndirilməsi istiqamətində atılmış addım kimi dəyərləndirilə bilər. Viral.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stefan Dujarrik “Report”un ABŞ bürosunun BMT Baş katibinin iki lider…

Ətraflı
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılacaq

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılacaq

Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılacaq. Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla “Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib. Maliyyə Monitorinqi Xidməti “Şübhəli əməliyyatların monitorinqi” informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Sistemin “Hökumət…

Ətraflı
Prezident bu qəzetlərlə bağlı fərman İMZALADI

Prezident bu qəzetlərlə bağlı fərman İMZALADI

Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi. Viral.az bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Bundan başqa sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti…

Ətraflı
PKK silahı yerə qoymağa başladı

PKK silahı yerə qoymağa başladı

PKK terror təşkilatının bir qrupu İraqın Süleymaniyyə bölgəsində tərksilah olmağa başlayıb. Viral.az xəbər verir ki, silah buraxma prosesi Türkiyə tərəfinin iştirakı və nəzarəti ilə baş tutur. Qeyd edək ki, iki gün əvvəl PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.

Ətraflı
Mediamızın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir

Mediamızın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir

Son 5 ilə yaxın dövr ərzində həyata keçirilən media islahatlarının əsas məqsədi Azərbaycanın informasiya mühitinin qorunması, jurnalistikanın potensialının gücləndirilməsidir. Viral.az “Report”a istinadla xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov MEDİA və “Azerconnect Group”un təşkilatçılığı ilə keçirilən “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” adlı forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, media islahatlarının…

Ətraflı
Rusiyada daha bir azərbaycanlı faciəli şəkildə öldü

Rusiyada daha bir azərbaycanlı faciəli şəkildə öldü

Rusiyanın Krasnoyarsk şəhərində inşa olunan 25 mərtəbəli yaşayış binasının tikinti sahəsində azərbaycanəsilli fəhlə faciəvi şəkildə həyatını itirib. Viral.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı prokurorluq təqdim edib. Hadisə bu gün səhər saatlarında baş verib. Qeyd olunur ki, hadisə tikinti meydançasında kran oxunun altında qəlib lövhəsinin söküntüsü aparılan zaman baş verib. “Kran operatoru lövhələrdən…

Ətraflı
20 şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

20 şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 20 şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır. Bu barədə Viral.az-a AYNA-dan məlumat verilib. Məlumata əsasən, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Quba, Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Qurbanzadə kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy)-Gəncə (Avtovağzal),…

Ətraflı
Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verdi

Paris Məhkəməsi Makronun xanımını kişi adlandıran jurnalistə bəraət verdi

Paris Apellyasiya Məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğu haqda açıqlamalar verməkdə təqsirli bilinən jurnalist Nataşa Reyə bəraət verib. Viral.az xəbər verir ki, bu barədə Reyin vəkili Fransua Danqlean “X” sosial şəbəkəsində məlumat verib. “Nataşa Reyin Bricit və Jan-Mişel Tronye üzərində qələbəsi: apellyasiya məhkəməsi Nataşa Reyə bəraət qazandırdı”, – o bildirib. Qeyd olunur…

Ətraflı
Professor Mirzə Qurbanov vəfat ETDİ

Professor Mirzə Qurbanov vəfat ETDİ

Azərbaycan Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Polimer nano və aktiv kompozitlər fizikası” laboratoriyasinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib. Viral.az xəbər verir ki, Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirib. 1967-ci ildə Elmlər Akademiyasının Fizika…

Ətraflı
Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalacaq

Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalacaq

Rusiya dövlətinin aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Viral.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Romada Ukraynanın bərpasına həsr olunmuş konfransda bildirib. “Bir daha demək istəyirəm ki, Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Faizlərdən və ya aktivlərdən əldə edilən gəlirdən istifadə təsvir etdiyimiz mexanizmdən istifadə olunmaqla həyata keçirilir. Aktivlərin özləri də lazım gələrsə, müvafiq razılaşma…

Ətraflı
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini AÇIQLADI

Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini AÇIQLADI

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Atəşgah Sığorta” ASC ( 1.27 indeksi ilə) olub. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin iyun ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında “Paşa Sığorta” 1.18 indeksi ilə növbəti…

Ətraflı
“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” - Azərbaycan XİN

“Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər” – Azərbaycan XİN

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.  Viral.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və…

Ətraflı
Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünə fasilə verildi - YENİLƏNİB

Azərbaycan Prezidentinin Ermənistan Baş naziri ilə görüşünə fasilə verildi – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib. Viral.az xəbər verir ki, görüş fasilədən sonra davam edəcək. *** Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşü keçirilir. Viral.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham…

Ətraflı
Qəbələdə azyaşlı hovuzda BOĞULUB

Qəbələdə azyaşlı hovuzda BOĞULUB

Qəbələdə azyaşlı hovuzda boğulub. Viral.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində baş verib. 2021-ci il təvəllüdlü C.Qasımova (şərti) Qəbələ rayon Vəndam qəsəbəsində kirayə qalmaq məqsədilə valideynləri ilə gəldiyi evin həyətində olan hovuzda boğularaq ölüb. Faktla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

Ətraflı
Madrid məhkəməsi Ançelottini 1 il həbs cəzasına məhkum ETDİ

Madrid məhkəməsi Ançelottini 1 il həbs cəzasına məhkum ETDİ

İspaniyanın “Real Madrid” futbol klubunun sabiq baş məşqçisi Karlo Ançelotti vergidən yayındığı üçün 1 il müddətinə azadlıqdan məhrum edilib. Viral.az xəbər verir ki, bu barədə Madrid Ali Məhkəməsi qərar qəbul edib. İspaniya qanunlarına görə, adətən, 2 ilə qədər həbs cəzası şərti xarakter daşıyır. “Məhkəmə Ançelottini 2014-cü ilin vergi dövrü ilə bağlı cinayət törətdiyinə görə 1…

Ətraflı
İlham Əliyev BƏƏ-də işgüzar səfərdədir

İlham Əliyev BƏƏ-də işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Viral.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyan və digər rəsmi şəxslər qarşıladılar.

Ətraflı