Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin tezliklə öləcəyini söyləyib.
Viral.az xəbər verir ki, bunu dövlət başçısı “Eurovision News”un jurnalistləri ilə Putinin məqsədləri və qorxularından danışarkən deyib.
“O nədən qorxur – öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır – o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək”, – Zelenski müsahibəsində vurğulayıb.
Son Yazılar:
- 31 mart Azərbaycanlıların Soyqırımı Günündən 107 il ÖTÜR
- İranda avtobusun qəzaya uğraması nəticəsində 14 nəfər ÖLDÜ
- İranı “bombalamaqla” HƏDƏLƏDİ
72 yaşlı Putinin niyə “tezliklə” öləcəyini düşündüyünü Zelenski izah etməyib. BBC-yə görə, müsahibənin ümumi konteksti və bu ifadənin oradakı yeri Zelenskinin ən yaxın gələcəyi nəzərdə tutmadığını ehtimal etməyə imkan verir.