-->

İsveçdə məscidi yandırmaq istədilər

İsveçdə məscidi yandırmaq istədilər

İsveçdə naməlum şəxs Uddevalla bələdiyyəsindəki məscidə içərisində yandırıcı qarışıq olan butulka atıb.

Viral.az xəbər verir ki, bu barədə SVT telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Polisin məlumatına görə, məsciddə olan iki nəfər yanğını operativ şəkildə söndürüb. Hadisə gecə saatlarında baş versə də, şübhəlilər hələ müəyyən edilməyib.

Son Yazılar:

“Orada olanların çevik reaksiyası sayəsində yanğının yayılmasının qarşısı alınıb. Biz bütün halları araşdırırıq”, – hüquq-mühafizə orqanlarından bildirilib.