“Alaves”in yarımmüdafiəçisi Antonio Blanko “Real”ın hücumçusu Kilian Mbappenin La Liqanın 31-ci turunda keçirilən oyunda ona qarşı kobud oynamasından danışıb.
Viral.az xəbər verir ki, Blanko AS nəşrinə açıqlamasında fransalı futbolçunun ondan üzr istədiyini bildirib:
“Düzünü desəm, kifayət qədər ağır zərbə oldu, amma futbolda belə şeylər baş verir. Kilian üzr istədi, əsas da budur. Buna çox əhəmiyyət verməyə ehtiyac yoxdur”.
Son Yazılar:
- DTX-nin həbs etdiyi haker məlumatları bu qiymətə satırmış…
- UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun VURULDU
- UEFA Konfrans Liqasında yarımfinalçılar bəlli OLDU
Xatırladaq ki, Mbappe matçın 38-ci dəqiqəsində rəqib futbolçunun baldırına açıq ayaqla zərbə endirib.
VAR-a baxıldıqdan sonra Mbappe qırmızı vərəqə ilə meydandan qovulub.
Qeyd edək ki, Antonio Blanko 2023-cü ilin yayında “Real”dan “Alaves”ə keçib.