-->

Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət aldı

Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət aldı

Martın 28-də Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Viral.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 159-cu kilometrliyində bir neçə avtomobilin toqquşması nəticəsində baş verib və nəticədə 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə Ağsu rayonunun Bənəcik kənd sakini, 1972-ci il təvəllüdlü Nəsrullayev Süleyman Məhəmməd oğlunun idarə etdiyi “Daewoo Damas” markalı avtomobilin, Ərəbuşağı kənd sakini, 2002-ci il təvəllüdlü Bağırov Cahid Cabir oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin, Çaparlı kənd sakini, 1978-ci il təvəllüdlü Şahbazov Ramil Qurban oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobilin və Xanbulaq kənd sakini, 1984-cü il təvəllüdlü İbrahimov Qənbər Mustafa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Son Yazılar:

Toqquşma nəticəsində sərnişinlər və sürücülər arasında xəsarət alanlar olub. Yaralılarda müxtəlif xəstəliklər müəyyən edilib. Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki Regional Qrupundan bildirilib ki, faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Ağsuda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Viral.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən hadisə nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisə zamanı Salmanova Elminaz, Zeynəb Salmanzadə, Əbülfəz Salmanov, Telman Cabbarov, Qurban Qurbanov, Hüseyn Hüseynov və Ramiz Şahbazov xəsarət alıblar.

Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir. DİN-İN Şəki regional qrupundan verilən məlumata görə faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.