Mingəçevirdə dələduzluqda şübhəli bilinən şəxs tutulub.
Viral.az xəbər verir ki, Mingəçevir ŞPŞ-yə daxil olmuş müraciət əsasında həyata keçirilən tədbirlərlə vətəndaşın etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edən 44 yaşlı Vüqar İdrisov saxlanılıb. O, azadlıqdan məhrum edilmiş şəxsi həbsdən azad etdirəcəyinə dair yalan vədlər verərək zərərçəkmişin 16 min manat pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Son Yazılar:
- Ərdoğan ABŞ-yə GEDƏCƏK
- Aeroport şosesində yol qəzası sıxlığa səbəb OLDU
- Lənkəranda toyda vəziyyəti pisləşən 49 yaşlı kişi xəstəxanada vəfat ETDİ
V.İdrisovun qanunsuz əməllərindən zərər görən digər vətəndaşlar olarsa polis orqanlarına məlumat verə bilərlər.