ABŞ “Virginia Block” IV sinif nüvə hücum sualtı qayığını istifadəyə verib.
Viral.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidmətindən bildirilib.
Tədbir Konnektikut ştatındakı Nyu-London şəhərindəki hərbi-dəniz bazasında baş tutub. Bu sinif sualtı qayıqlar 12 “Tomaqavk” qanadlı raketləri ilə təchiz olunub.
Son Yazılar:
- Saç boyası alarkən DİQQƏTLİ OLUN
- Alkoqolun ən tez zədələdiyi 5 ORQAN
- Rusiya Paşinyanın partiyasının keçmiş üzvünü Ermənistana ekstradisiya EDİR
Nüvə hücum sualtı qayığının uzunluğu 115 metr, eni isə 10 metrdir. Onun maksimal dalma dərinliyi 240 metr, sürəti isə 25 düyündən(46 km/saat) çoxdur.
Hazırda ABŞ Hərbi Dəniz Qüvvələrində sözügedən sinifdən 23 hücum sualtı qayığı var.