Yəmənin “Ənsar Allah” hərəkatından ən azı 70 üzvü ABŞ-nin aprelin 2-də qərbdəki əl-Hudeydə əyalətinə endirdiyi hava zərbəsi nəticəsində öldürülüb.
Viral.az xəbər verir ki, bu açıqlama ilə Yəmən hökumətinin informasiya, mədəniyyət və turizm naziri Müəmmər əl-İryani çıxış edib.
“Aprelin 2-də əl-Hudeydə əyalətinin cənub sahilindəki əl-Fəza bölgəsində husilərin toplaşdığı əraziyə ABŞ ordusunun dəqiq aviazərbəsi nəticəsində 70 terrorçu öldürülüb”, – o “X” səhifəsində yazıb.
Son Yazılar:
- Saç boyası alarkən DİQQƏTLİ OLUN
- Alkoqolun ən tez zədələdiyi 5 ORQAN
- Rusiya Paşinyanın partiyasının keçmiş üzvünü Ermənistana ekstradisiya EDİR
Nazirin sözlərinə görə, hücumda tanınmış husi liderləri və həmçinin Yəmən üsyançılarına dəstək verdiyi deyilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun müşavirləri həlak olub.