Naxçıvanda baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.
Viral.az “Report”a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolun Kəngərli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində Şərur rayon sakinləri; – 1968-ci il təvəllüdlü Şükürova Xumar Şükür qızı, 1980-ci il təvəllüdlü Fərəcov Elməddin Elçin oğlu, 1986-cı il təvəllüdlü Məmmədova Günay Yavər qızı, 1990-cı il təvəllüdlü Tağıyev Qadir Heydər oğlu və 2010-cu il təvəllüdlü Fərəcli Elvinə Elməddin qızı xəsarət alıblar.
Son Yazılar:
- Fransa müxalifəti hökumətə etimadsızlıq səsverməsinə HAZIRDIR
- ABŞ-da əczaçılıq məhsullarının idxalına 25% rüsum tətbiq oluna BİLƏR
- Robert Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edildi
Yaralılar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.