Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın yunan-Roma güləş millisi Vətənə qayıdıb.
Viral.az “Report”a istinadən xəbər verir ki, yığmanı gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.
Güləşçiləri hava limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri və yaxınları qarşılayıblar.
Son Yazılar:
- Xərçəngdən qorunmaq üçün hər mətbəxdə olan 5 MƏHSUL
- Azərbaycanda gizli kameralar necə satılır? – CƏZASI
- Azərbaycanın daxili və xarici dövlət borcu AÇIQLANDI
Qeyd edək ki, yarışı 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vuran yığma 151 xalla komanda hesabında birinci yeri tutub. Təmsilçilərimizdən Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.