İspaniya La Liqasının 30-cu turunun “Real Madrid” – “Valensiya” matçı başa çatıb.
Viral.az xəbər verir ki, oyun İspaniyanın Madrid şəhərindəki “Santyaqo Bernabeu” stadionunda baş tutub.
Matç “Valensiya”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Son Yazılar:
- 2 bal və 60 manat cərimə
- Bakıda qadın qətlə yetirildi – ƏRİ SAXLANILDI
- Tbilisidə yaşayan Aytacdan 7 gündür xəbər yoxdur
Braziliyalı hücumçu Vinisius Junior penalti zərbəsini yerinə yetirə bilməyib. 15-ci dəqiqədə “Valensiya”nın müdafiəçisi Muktar Diaxabi komandasını hesabda irəli çıxarıb. 50-ci dəqiqədə Vinisius hesabda bərabərliyi bərpa edib. 90+5-ci dəqiqədə hücumçu Uqo Duro “Valensiya”nı önə keçirib – 2:1.
30 matçdan sonra “Real Madrid” 63 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Valensiya” isə 15-ci yerdədir. “Yarasalar”ın 34 xalı var. Birinci yerdə isə “Barselona” (66) qərarlaşıb.