Fransa prezidenti Emmanuel Makron Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə edib.
Viral.az xəbər verir ki, bu barədə Fransa prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Respublika prezidenti (Makron – red.) regionda yeni səhifə aça biləcək sülh sazişinin tezliklə əldə edilməsi məqsədi ilə Ermənistan və Azərbaycan arasında davam edən dialoqa dəstəyimizi bir daha təsdiqlədi”, – bəyanatda deyilir.
Son Yazılar:
- Meyitləri çıxaranda yaralandım – Zərərçəkmiş şəxs
- “Forbes” ən varlı məşhurların adını AÇIQLADI
- Əhməd əl-Şaraa Prezident İlham Əliyevi təbrik ETDİ
NATO dövlət və hökumət başçılarının sammiti çərçivəsində Makron və Ərdoğan Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Türkiyə mətbuatı xəbər verir ki, Ərdoğan Makrona Türkiyənin Avropa Birliyinə daxil olması prosesində Fransadan dəstək gözlədiyini deyib.