Əməkdar rəssam İsa Məmmədov 68 yaşında vəfat edib.
Viral.az xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat yayıblar.
Son Yazılar:
- Yeni sərt qaydalar tətbiq EDİLİR
- Prezident Lü Tzyançaonu qəbul etdi – FOTO
- Azərbaycanlını güllələyən 14 ildən sonra TUTULDU
Onların sözlərinə görə, İ.Məmmədov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, İ.Məmmədov 5 mart 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1979-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1988-ci ildə M. A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəngkarlıq fakültəsini bitirib.
Rəssamın Türkiyədə (2009), “Bakı-Berlin” Qalereyasında (2010, Almaniya) fərdi sərgisi kecirilib.
İ.Məmmədov “Göl kənarında” (1993), “Abşeron bağları” (1997), “Toxucu qadın” (1998), “Bakı bağları” (1999), “Toxucu qız” (2000), “Çətirli qadın” (2000), “Bakı Venesiyası” (2005), “Aşıq Pəri” (2005), “İsmayıllı” (2013) və s. adlı əsərlərin müəllifidir.
Rəssam uzun müddət Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyət göstərib. O, Azərbaycan Rəssamlar İttifaqının və YUNESKO-nun nəzdindəki Rəssamlar Birliyinin üzvü idi.
İ.Məmmədov 2021-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin.
