Türkiyənin sabiq xarici işlər naziri VƏFAT EDİB

Türkiyənin sabiq xarici işlər naziri, təqaüdçü diplomat Yaşar Yakış 85 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Viral.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1938-ci ildə Düzcedə anadan olan Yaşar Yakış ilk xaricə təyinatında Antverpen Baş Konsulluğuna konsul köməkçisi olub.

Son Yazılar:

 

Yakış həmçinin Laqos, Roma və Dəməşqdəki səfirliklərdə, NATO-nun Brüsseldəki Daimi Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.

 

Yakış 1985-ci ildə İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin sədri olaraq Türkiyə Prezidentinə katiblik xidmətləri göstərmək üçün yaradılmış COMCEC Koordinasiya Şurasını yaradıb və ona rəhbərlik edib.

 

Yakış 2001-ci ildə Xarici İşlər Nazirliyindən təqaüdə çıxıb və AKP-nin qurucu üzvü kimi siyasətə daxil olub. O, eyni zamanda AKP sədrinin müavini və Mərkəzi İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. Yakış 3 noyabr 2002-ci ildə keçirilən seçkilərdə Düzcedən millət vəkili seçilib, 18 noyabr 2002-ci ildə isə xarici işlər naziri vəzifəsinə təyin edilib.

 

AKP hakimiyyətinin ilk XİN başçısı olan Yaşar Yakış 28 mart 2016-cı ildə partiyadan xaric edilmişdi.