Laçında Diaspor Gənclərinin Yay Düşərgəsi keçiriləcək

Diaspor Gənclərinin builki Yay Düşərgəsi Laçın şəhərində keçiriləcək. Yay düşərgəsinin Laçında təşkili gənclər arasında çox böyük maraq oyadır.   Viral.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.   Fuad Muradov komitənin yeni nəsil diasporun formalaşmasına dəstək məqsədilə reallaşdırdığı layihələrdən və diaspor sahəsində bacarıqların artırılması istiqamətində görülən işlərdən bəhs edib:…

Ətraflı

Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK

Azərbaycan diaspor fəalları Berlində Brandenburq qapısı qarşısında aksiya keçiriblər.   Viral.az “Report”a istinadən xəbər verir ki, aksiya iştirakçıları Azərbaycana həmrəylik nümayiş etdiriblər.   Aksiya iştirakçıları alman və ingilis dillərində “Qarabağ Azərbaycandır” şüarları səsləndiriblər. Həmçinin aksiya çərçivəsində Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması barədə ətraflı məlumat verilib.   Qeyd edək ki, bu gün bundan əvvəl…

Ətraflı

Azərbaycan diasporu ilə Moldova hakimiyyəti arasında müzakirələr

Moldova hakimiyyəti ilə Azərbaycan diasporu arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.   Viral.az xəbər verir ki, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov Moldova Respublikası daxili işlər naziri Adrian Efros və Sərhəd Polisinin rəisi Ruslan Qaluşa ilə görüşündə bir sıra mühüm məsələlər toxunub.   Müzakirələr zamanı tərəflər Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi kontekstində Moldova hakimiyyəti ilə…

Ətraflı

Diaspor fəalı təltif olundu

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qazaxıstan Respublikasında fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının Almatı filialının sədrinin müavini Kəmalə Əliyeva ilə görüşüb.   Komitənin mətbuat xidmətindən Viral.az-a bildiriblər ki, F.Muradov Qazaxıstandakı soydaşlarımızın yerli cəmiyyətə sıx inteqrasiyasını, Azərbaycan həqiqətlərinin təbliğ olunması istiqamətindəki fəallığını yüksək qiymətləndirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafının diasporun fəaliyyətinə pozitiv təsirindən danışılıb….

Ətraflı

Komitə sədri Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, pedaqoji elmlər doktoru Gülnarə Səfərova ilə görüşüb.   Dövlət Komitəsindən Viral.az-a bildirilib ki, görüşdə G.Səfərova Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət not kitablarının Yaponiyada dərc olunması layihəsinin uğurla davam etdirildiyi haqqında məlumat verib. Bildirib ki, layihənin icrasına 2022-ci ildən…

Ətraflı

Britaniya parlamentinə etiraz MƏKTUBU

Mart ayının 19-da Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasında Qarabağdan köçən ermənilərə beynəlxalq dəstəyin verilməsi ilə əlaqədar dinləmələr keçiriləcək.   Diasporla İş üzrə Dövlət Komitəsindən Viral.az-a verilən məlumata görə, bu dinləmələr Şotlandiya Milli Partiyasının nümayəndəsi Karol Monokonun təşəbbüsü ilə həyata keçiriləcək.   Diqqətə çatdırılıb ki, Böyük Britaniyadakı Azərbaycan icması bu addıma kəskin etirazını bildirib və dinləmələrdə…

Ətraflı

Fuad Muradov Boris Kandovla görüşdü

ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Boris Kandovun rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Viral.az xəbər verir ki, qonaqları səmimi salamlayan komitə sədri Azərbaycan dövlətinin diaspor siyasəti, həyata keçirilən irihəcmli layihələr barədə məlumat verib, konqreslə əməkdaşlıqdan məmnun olduğunu və mövcud əlaqələrin strateji əməkdaşlıq səviyyəsində davam edəcəyinə əminliyini ifadə…

Ətraflı

Xarici ölkələrdə Azərbaycan evlərinin sayı 28-ə çatıb

Diasporla İş üzrə Dövlət Komitəsində geniştərkibli kollegiya iclası keçirilib.   Komitədən Viral.az-a bildirilib ki, 2024-cü ilin fəaliyyət planına həsr olunan geniştərkibli kollegiya iclası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Kollegiya iclasını açıq elan edən sədr Fuad Muradov komitənin və Azərbaycan diasporunun 2023-cü il – “Heydər Əliyev İli”…

Ətraflı

Diasporumuzun növbəti uğuru – Almaniyada “Artsax” tədbiri ləğv edildi

Ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar.    Azərbaycanın Almaniyadakı, eləcə də bütün Avropadakı diaspor təşkilatları, həmçinin ayrı-ayrılıqda azərbaycanlılar təxribatın qarşısının alınması üçün tədbirlər görüb, müraciətlər ünvanlayıb.   Viral.az-ın məlumatına görə, bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb.    Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin…

Ətraflı

Xocalı ilə bağlı ümumukrayna onlayn konfransı keçirildi

Fevralın 28-də “Xocalı faciəsi – bütün bəşəriyyət üçün faciə” mövzusunda ümumukrayna onlayn konfransı keçirilib.   Viral.az xəbər verir ki, tədbir Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunub. Onlayn konfransda Ukraynanın müxtəlif şəhərlərindən 150-yə yaxın müəllim və tələbə iştirak edib.   Əvvəlcə konfransın moderatoru, Ukrayna-Türk layihələrinin kuratoru Marına Qonçaruk…

Ətraflı

Polşada ikinci Azərbaycan Evi açılıb

Polşa Respublikasının Krakov şəhərində Azərbaycan Evinin açılış mərasimi keçirilib. Bu barədə Viral.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. İlk olaraq Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirilib, Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, eləcə də diplomatik korpusun, Azərbaycan…

Ətraflı

AŞPA-nın Azərbaycana qərəzli yanaşmasına son qoymasının vaxtı çatıb

“Beynəlxalq ictimaiyyətin riyakarlığa son qoyaraq dinc israillilərə qarşı törədilmiş 7 oktyabr qətliamını pisləməsinin, habelə AŞPA-nın Azərbaycana qarşı qərəzli yanaşmasına son qoymasının vaxtı çatıb. Eyni zamanda BMT-nin bütün dünyada münaqişələri dondurmaq əvəzinə, onların həllinə kömək etməsinin zamanı yetişib”.   Viral.az xəbər verir ki, bu fikirləri tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və…

Ətraflı

Fuad Muradov meksikalı səfirlə görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero ilə görüşüb.   Viral.az xəbər verir ki, qonağı salamlayan Komitə sədri ölkəmizin diaspor siyasəti, dünya azərbaycanlılarının təşkilatlanması, Latın Amerikası ölkələrində, o cümlədən Meksikada yaşayan azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyası və Komitənin həyata keçiridiyi layihələr barədə məlumat verib.    Səmimi…

Ətraflı

Fuad Muradov Qazaxıstanda yaşayan azərbaycanlı musiqiçi ilə görüşdü

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov BŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin koordinatoru, “Bukharian Times” qəzetinin baş redaktoru Rafael Nektalov ilə görüşüb.   Viral.az xəbər verir ki, qonağı səmimi salamlayan komitə sədri Azərbaycanın dostunu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Qeyd olunub ki, “Bukharian Times” qəzetində davamlı olaraq Azərbaycanla bağlı məlumatlar verilir və həqiqətlər…

Ətraflı

Diaspor nümayəndələr Yeketenburqda səs verir

Bu gün Azərbaycanda növbədənkənar seçkilər prezident seçkiləri günüdür. Respublika ərazisində olduğu kimi ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız da səsvermədə iştirak edirlər.   Viral.az xəbər verir ki, Rusiyanın Srevdlovski vilayətinin Yeketenburq şəhərində də azərbaycanlılar səs veriblər.   Səsvermədə iştirak edən şəxslərdən biri – İlyas Həsənov seçkilərlə bağlı deyib: “Bugünkü seçkilərdə ölkə hüdudlarından kənarda, Yeketenburq şəhərində olsam da, səs…

Ətraflı

Çox şeylərə nail ola bilərik

Budapeştdə Azərbaycan Evinin təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən Azərbaycan Diaspor Gənclərinin Beynəlxalq Forumunun iştirakçıları arasında “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun oğlu Aslan Hüseynov da olub.   A.Hüseynov Diaspor TV-yə açıqlamasında forumla bağlı təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycan və Azərbaycan gəncliyi haqqında tədbirdə səsləndirilən fikirləri çox bəyənib:   “Yeni…

Ətraflı

Təəssüf ki, İlham Əliyevə səs verə bilməyəcəm

Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbok Prezident İlham Əliyevə müraciət ünvanlayıb.   Müraciətdə deyilir:   “Əziz cənab Prezident.   Amerika Muğam Cəmiyyətinin 24 illik sədri olaraq 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində Sizin namizədliyinizi dəstəklədiyimi bildirmək istərdim.   Mən yarım əsrdən artıqdır ki, Azərbaycan mədəniyyəti ilə maraqlanıram, Azərbaycan alətlərində – kamança və…

Ətraflı

Soçidə Azərbaycan diasporu bir araya gəldi

Rusiyanın Soçi şəhərində görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə toplantı keçirilib.   Tədbir iştirakçılarını salamlayan Soçi şəhərindəki Azərbaycan diasporunun rəhbəri, “Dostluq” Azərbaycan Həmvətənlərə Dəstək Mərkəzinin sədri İlqar Səlimov Prezident İlham Əliyevin bu əlamətdar hadisə ilə bağlı Sərəncam imzaladığını diqqətə çatdırıb. Mərkəz…

Ətraflı

Marneulidə Zəlimxan Yaquba həsr olunmuş tədbir keçirilib

Gürcüstanın Marneuli şəhərində fəaliyyət göstərən “Azərbaycan Evi”ndə Azərbaycanın və türk dünyasının görkəmli şairi Zəlimxan Yaquba həsr olunmuş “Qəbirdə yatsam belə, həmişə həyatdayam” adlı tədbir keçirilib.    “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan tədbirdə Marneuli və Bolnisi rayonlarının bələdiyyə məclis üzvləri, yerli ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər. Qonaqlar arasında Gürcüstan parlamentinin sabiq deputatı…

Ətraflı

Berlində 20 Yanvar faciəsinin qurbanları anıldı

Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar şəhidlərinin anım günü bağlı tədbir təşkil olunub.   Viral.az xəbər verir ki, əvvəlcə Qanlı Yanvar faciəsində şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla anılıb.   Sonra Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 1987-ci ildən başlayaraq Ermənistanda azərbaycanlılara qarşı qırğınların törədildiyini, 250 mindən çox azərbaycanlının öz tarixi torpaqlarından didərgin salındığını qeyd edib. Bildirib…

Ətraflı

Sankt-Peterburqda 20 Yanvar şəhidləri anılıb

Rusiyanın Sankt-Peterburq şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.   Bu barədə Viral.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.   “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycanlıların Milli Mədəniyyət Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə öncə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla…

Ətraflı