Diaspor nümayəndələr Yeketenburqda səs verir

Bu gün Azərbaycanda növbədənkənar seçkilər prezident seçkiləri günüdür. Respublika ərazisində olduğu kimi ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımız da səsvermədə iştirak edirlər.

 

Viral.az xəbər verir ki, Rusiyanın Srevdlovski vilayətinin Yeketenburq şəhərində də azərbaycanlılar səs veriblər.

 

Səsvermədə iştirak edən şəxslərdən biri – İlyas Həsənov seçkilərlə bağlı deyib: “Bugünkü seçkilərdə ölkə hüdudlarından kənarda, Yeketenburq şəhərində olsam da, səs vermədə iştirak edirəm. Öz namizədimə səs verəcəm”.

 

Əslən Qarabağdan olan digər bir həmyerlimiz səfirlik əməkdaşlarına təşəkkür edib:

 

“Qarabağlı olaraq, səs verməyə gəlmişəm. Allah millətimizi, dövlətimizi uca eləsin. Səfirliyin bütün işçilərinə minnətdaram. Hamısı sağ olsunlar, kömək edirlər”.

 

Səbuhi Səlimov adlı soydaşımız da diaspor və səfirliyin şəffaf seçki üçün şərait yaratdığını söyləyib: “Yeketeburq şəhərində yaşayıram. Diasporun üzvüyəm. Bu gün Azərbaycanda keçiriləcək seçkilərdə iştirak edirik. Allah Azərbaycanımızı var eləsin! Diaspor və səfirliyə də minnətdaram ki, şəffaf şəraitdə seçkilərin keçirilməsinə şərait yaradır”.