Diasporumuzun növbəti uğuru – Almaniyada “Artsax” tədbiri ləğv edildi

Ermənilər martın 6-da Berlində “Artsaxın mədəni irsi” adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar. 

 

Azərbaycanın Almaniyadakı, eləcə də bütün Avropadakı diaspor təşkilatları, həmçinin ayrı-ayrılıqda azərbaycanlılar təxribatın qarşısının alınması üçün tədbirlər görüb, müraciətlər ünvanlayıb.

 

Viral.az-ın məlumatına görə, bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb. 

 

Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir. Amma, görünür, təxribatçı ermənilər Azərbaycan diasporunun fəaliyyəti nəticəsində tədbiri ləğv etməyə, onu onlayn formada keçirməyə məcbur olublar.

 

Almaniyada erməni təxribatının qarşısının alınması, şübhəsiz ki, Azərbaycan diasporunun fəallığının nəticəsidir. 

 

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın diaspor təşkilatları Avropada daha da möhkəmlənib və ermənilərin təxribatlarının qarşısını almaqda daha güclü fəallıq nümayiş etdirir.