Azərbaycan və Türkiyənin müdafiə nazirləri arasında telefon danışığı olub

Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub. Azərbaycanın Müdafiə Nazirliyindən Viral.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini…

Ətraflı

Snayper tüfəngləri atış açdı – VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Viral.az xəbər verir ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər. Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi…

Ətraflı

Hərbçilərin pensiya yaşı ARTIRILDI

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib. Viral.az xəbər verir ki, layihə hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişiklikləri nəzərdə tutur….

Ətraflı

Nazir Qarabağda xidmət edən hərbi qulluqçularla görüşdü

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb. Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə naziri şəxsi heyətin fərdi hazırlığının təkmilləşdirilməsi, bilik və bacarığının daha da artırılması üçün üzərinə düşən vəzifələrin layiqincə yerinə…

Ətraflı

Ötən həftə aşkarlanan minaların sayı açıqlandı

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik (11 dekabr – 17 dekabr) məlumatında deyilir. Məlumata görə, ötən həftə 17 tank əleyhinə mina, 22 piyada əleyhinə mina, 234 partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 326.6 hektar…

Ətraflı

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib – VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Vətən müharibəsi şəhidləri Ramil Babayev və Səbuhi Sadıqovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən bildirilib. Tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, təhsil müəssisələrinin şəxsi heyəti, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət…

Ətraflı

Bu il Türkiyə və Azərbaycan 14 birgə hərbi təlim keçirib

Bu il Türkiyə və Azərbaycan 14 birgə hərbi təlim keçirib. Viral.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib. Nazir, həmçinin noyabrın 27-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında 10-cu Üçtərəfli Müdafiə Nazirləri görüşünün hər üç ölkənin hərbi və təhlükəsizlik məsələləri də daxil olmaqla geniş sahələr üzrə ümumi maraqlarına və gözləntilərinə…

Ətraflı

Azərbaycan ordusunda NATO təlimi – VİDEO

2023-cü ilin təsdiq olunmuş fəaliyyətlər planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan HHQ-nin Mi-17-1V helikopter cütlüyünün “2- ci səviyyəli özünüqiymətləndirmə (SEL-2) təlimi” keçirilib. Bu barədə Viral.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə iştirakçılara təlimin ssenarisi, gedişatı, təhlükəsizlik qaydaları və qiymətləndirmə haqqında brifinq təqdim edilib, qarşıda…

Ətraflı

Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verdi

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib. Viral.az xəbər verir ki, iclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri…

Ətraflı

Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində müzakirə aparılıb

Bakıda keçirilən 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib. Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Xəbərə görə, əvvəlcə hərbi institutun qərargahı…

Ətraflı

İran HDQ komandanı Bakıda hərbi hissədə oldu – FOTO

Ölkəmizdə səfərdə olan İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu və Azərbaycan HDQ-nin “N” hərbi hissəsini ziyarət edib. Viral.az xəbər verir ki, hərbi instituta gələn nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin institutun ərazisindəki abidəsi önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib….

Ətraflı

Zakir Həsənov türkiyəli generalla görüşdü – FOTO

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert ilə görüşüb. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdən əvvəl türkiyəli nümayəndə heyəti Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim,…

Ətraflı

Zakir Həsənov misirli həmkarı ilə görüşdü

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb. Azərbaycanın Misirdəki Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələr…

Ətraflı

Azərbaycanda hərbçilərin pensiya yaşı artırılır

Hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılır. Viral.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan…

Ətraflı

Bu hərbçilərin Azərbaycana gəlməsinə QADAĞA

Litva Müdafiə Nazirliyi hərbi qulluqçuların asudə vaxtlarında səyahətinə qadağa qoyulması təklif olunan ölkələrin siyahısını hazırlayıb. Viral.az xəbər verir ki, bu barədə LRT informasiya agentliyi məlumat yayıb. Belə ki, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ermənistan, Azərbaycan, Gürcüstan, Çin, Moldova, həmçinin separatçı Cənubi Osetiya, Abxaziya və Dnestryanıya səyahət qadağası qoyulması təklif edilib. Qərara əsasən, hərbi qulluqçular,…

Ətraflı

Şərti düşmən hədəfləri məhv edildi – VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub. Bu barədə Viral.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib. Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə…

Ətraflı

İran Hərbi Dəniz Qüvvələri komandanı Bakıya gəlib

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Şəhram İraninin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində komandanın Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşü, həmçinin HDQ qərargahını və Heydər Əliyev adına Hərbi İnstitutu ziyarəti planlaşdırılır.

Ətraflı

Zakir Həsənov Misirdə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə “EDEX 2023” sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir. Viral.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. General-polkovnik Z.Həsənov dekabrın 4-də “EDEX 2023” beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib. Müdafiə naziri “EDEX 2023”…

Ətraflı

Baş Qərargah rəisi hərbçilərə tapşırıq verdi – VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Ermənistan ilə sərhəd Gədəbəy, Daşkəsən və Kəlbəcər istiqamətlərində yerləşən hərbi hissələrdə olublar. Müdafiə Nazirliyindən (MN) Viral.az-a verilən məlumata görə, qeyd olunan istiqamətlərdə dislokasiya olunan bölmələrdə hərbi qulluqçularla görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali…

Ətraflı

Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Türkiyədə 15 ölkənin iştirakı ilə keçirilən “Nüsret-2023” beynəlxalq təlimində iştirak edir. Viral.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycan hərbi dənizçiləri manevrdə qərargah fəaliyyətlərini yerinə yetirəcəklər.

Ətraflı