Jurnalist İdrak Camalbəyli dəfn olundu
Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəyli dəfn olunub. Viral.az-ın məlumatına görə, dəfndə mərhumun ailə üzvləri, yaxınları və Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib. Mərhum jurnalist Masazır kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.