Ayxan Hacızadədən Ermənistan XİN-ə cavab

“Açıq-aşkar ikiüzlülük nümunəsi: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir”. Viral.az xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında Ermənistan XİN-in iddialarına cavab verərkən deyib. “Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir”, – A. Hacızadə qeyd…

Ətraflı

Türkiyə səfirliyi Bakıda sexdəki partlayışda ölənlərlə bağlı başsağlığı verib

Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda sexdəki partlayışda ölənlərlə bağlı başsağlığı verib. Viral.az xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesablarında məlumat yayıb. “Bu gün Bakı şəhəri, Binəqədi rayonunda mebel/boya sexində partlayış baş verməsi bizi kədərləndirdi. Partlayış nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik”, – məlumatda deyilir.

Ətraflı

“İrəvanla Bakı arasında birbaşa danışıqlar istisna deyil”

“Ermənistanla Azərbaycan arasında birbaşa danışıqların keçirilməsi istisna deyil”. Viral.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, iki ölkə arasında sülh prosesində vasitəçi olmağa çalışan istənilən ölkə öz maraqlarına sahibdir: “Romantik olmaq lazım deyil, məsələn hesab etmək ki, fransızlar bizi gözəl gözlərimizə görə sevir, digər…

Ətraflı

Delimitasiya komissiyasının növbəti görüşü barədə AÇIQLAMA

“Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların növbəti iclası yanvarın sonu keçiriləcək”. Viral.az xəbər verir ki, bunu “Azadlıq” radiosunun Ermənistan xidmətinə açıqlamasında Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib. Onun sözlərinə görə, iclasın keçiriləcəyi konkret tarix və məkan əlavə olaraq razılaşdırılacaq. Qriqoryan qeyd edib ki, ilkin razılaşmalara uyğun olaraq, görüşdə komissiyaların birgə fəaliyyətinə dair…

Ətraflı

Azərbaycan Rusiyaya 2,1 milyon ədəd yumurta tədarük edib

Azərbaycan yanvarın 14-dək Rusiya Federasiyasına 2,1 milyon ədəd yumurta tədarük edib. Viral.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) teleqram kanalında məlumat yayıb. Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra idxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülüb. Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın…

Ətraflı

Azərbaycan səfirindən “Le Figaro”ya cavab: “Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”

“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”. Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair “X” səhifəsindəki şərhində bildirilir. “Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davarnırsınız. Uzun müddətdən sonra regionda…

Ətraflı

Sabahdan prezident seçkilərinin təşviqat kampaniyası başlayacaq

Sabah, yanvarın 15-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Viral.az xəbər verir ki, fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim…

Ətraflı

“Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir”

Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir. Bu barədə Viral.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir. “Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir”, – deyə XİN-in məlumatında vurğulanıb.

Ətraflı

Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı ilə bağlı MSK-da püşkatma keçiriləcək

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə yanvarın 15-də püşkatma keçiriləcək. Bu barədə Viral.az-a Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib. MSK-nın inzibati binasında keçiriləcək püşkatmanın məqsədi seçkiqabağı təviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi…

Ətraflı

Ermənistan Azərbaycanla Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır – Paşinyan

Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır. Viral.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazırdır”, – deyə o qeyd edib.

Ətraflı

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülhün olmasını istəməyən qüvvələr var

Bəzi xarici və daxili qüvvələr Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasını istəmir. Viral.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistan hökumətinin başçısı Nikol Paşinyan deyib. “Təəssüf ki, istər Ermənistanda, istər Azərbaycanda, istərsə də bizim ölkələrimizdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var və olacaq”, – baş nazir qeyd edib.

Ətraflı

XİN-dən Avropa Şurasının hesabatına — Reaksiya

Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistan və Azərbaycana səfərindən sonra hazırlanmış hesabat təəssüf ki, Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir. Viral.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa…

Ətraflı

XİN səfirliklərdə Prezident seçkilərinə hazırlıqla bağlı görülən işləri açıqladı

Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür. Bu barədə Viral.az-a XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına…

Ətraflı

Bayramov bolqar həmkarı ilə nələri müzakirə etdi?

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel ilə telefon danışığı baş tutub. Bu barədə Viral.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və…

Ətraflı

“Danimarka sülh prosesində rol oynaya bilər”

“Danimarka Azərbaycan və Ermənistan arasında sülh prosesində rol oynaya və regional əməkdaşlığın inkişafına töhfə verə bilər”. Viral.az “Report”a istinadən xəbər verir ki, bunu Danimarkanın “Kristeligt Dagblad” qəzetinə açıqlamasında Azərbaycanın İsveç, Norveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədov deyib. O qeyd edib ki, Bakı İrəvanla münasibətlərin tam normallaşmasında maraqlıdır: “Bizim gündəliyimiz sülhün bərqərar olduğu, firavan Cənubi…

Ətraflı

Sumqayıtda ən yaşlı seçicinin 97 yaşı var

Sumqayıt şəhərində ən yaşlı seçicinin 97 yaşı var. Viral.az “report”a istinadən xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində şəhər üzrə qeydə alınan ən yaşlı seçici Corat qəsəbə sakini, 1927-ci il təvəllüdlü İmambaxışova Nisə Qurban qızıdır. O, 47 saylı Sumqayıt- Abşeron-Qaradağ seçki dairəsinin Corat Mədəniyyət evində yerləşən 14 saylı məntəqəsində səs verəcək.

Ətraflı

Ceyhun Bayramov latviyalı həmkarını təbrik etdi

Latviya-Azərbaycan arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov latviyalı həmkarı Krişyanis Karinşa (Krisjanis Karins) təbrik məktubu ünvanlayıb. Latviyanın Azərbaycandakı səfirliyindən Viral.az-a verilən məlumata görə, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov Latviya xarici işlər nazirin müavini, siyasi direktor Andjey Vilyamsons (Andzejs Vilumsons) ilə görüşərək məktubu təqdim edib. Görüş çərçivəsində tərəflər ikitərəfli münasibətləri yüksək…

Ətraflı

Naxçıvanda ən yaşlı seçici 104 yaşındadır

Naxçıvan Muxtar Respublikasında ən yaşlı seçici 104 yaşındadır. Viral.az xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərdə muxtar respublika üzrə qeydə alınan ən yaşlı seçici 1920-ci il təvəllüdlü Hüseynəliyeva Şərəf Muxtar qızıdır. O, 2 saylı Şərur- Kəngərli seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində səs verəcək.

Ətraflı

BBC-nin Vardanyan haqda yeni SENSASİON FAKTLARI

Dünyanın aparıcı media qurumu BBC separatçı milyarder Ruben Vardanyan obrazını ifşa edən geniş araşdırma materialı yayımlayıb. Viral.az xəbər verir ki, BBC jurnalistləri çox maraqlı təsvir ediblər: xeyriyyəçi və uzaqgörən obrazının arxasında 90-cı illərdən qara pullarla varlanan, özü üçün nəcib imici yaratmağa cəhd edən, fəaliyyəti isə çirkli pulların yuyulmasına yönəlmiş hiyləgər bir adam gizlənib. Məqalədə onun…

Ətraflı

Azərbaycan səfiri ABŞ-dəki türk dövlətlərinin səfirləri ilə görüşüb

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimlə Vaşinqtondakı türk dövlətlərinin diplomatik missiyalarının rəhbərləri arasında görüş olub. Viral.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb. “Vəzifə müddəti başa çatmış möhtərəm səfir qardaşımız Murad bəy və İnci xanımla türk dövlətlərinin Vaşinqtondakı səfirləri olaraq toplandıq. Onlara vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə uğurlar diləyir, əmin-amanlıq və xoşbəxtlik arzu…

Ətraflı