Müğənniyə ağır itki üz verdi

Əməkdar artist Mətanət İsgəndərliyə ağır itki üz verib.    Viral.az xəbər verir ki, müğənninin qardaşı dünyasını dəyişib.    Mərhum bu gün vəfat edib.    Qeyd edək ki, sənətçi qardaşının uzun müddətdir dializ xəstəsi olduğunu açıqlamışdı: “Qardaşım xəstədir. Dializdən əziyyət çəkir. Əvvəl şəkər xəstəsi idi. Ondan sonra böyrəkləri fəaliyyətini dayandırdı”. 

Ətraflı

İrəvanda maşınlar su altında qaldı

Ermənistanın paytaxtı İrəvana yağan güclü yağış yenidən fəlakətli nəticələrə gətirib çıxarıb.   Viral.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.   Qeyd olunub ki, hazırda Ermənistanda paytaxtın bir çox yollarını su basıb.   Sosial şəbəkələrdən yayılan kadrlarda İrəvanın Nor Nork rayonunda avtomobillərin su altında qaldığı görünür.

Ətraflı

“Azərişıq”ın sədri Şəkidə vətəndaşları qəbul edib

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov mayın 16-da Şəki və Qax rayonlarından olan vətəndaşlarla görüşüb.   “Azərişıq” ASC-dən Viral.az-a verilən məlumata görə, qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə edilib.   Şəki Elektrik Şəbəkəsinin inzibati binasında baş tutan vətəndaş qəbulu zamanı qurumun fəaliyyət istiqamətlərinə…

Ətraflı

Qarabağ Universitetinə mətbuat katibi və işçi axtarılır

Qarabağ Universitetində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edilib. Bu barədə Viral.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Tələblərə cavab verən namizədlər müraciətlərini  karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.  Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərlər. Diqqətinizə çatdırırıq…

Ətraflı

Ermənistandan Gürcüstana gedən avtobuslar marşrutunu DƏYİŞDİRİB

Tavuşdakı etirazlara görə İrəvandan Tiflisə gedən əsas marşrut yenidən dəyişdirilib.   Viral.az xəbər verir ki, bunu nəqliyyat şirkətlərindən biri “Sputnik Armenia”ya bildirib.   Qeyd olunub ki, bu səhərədək avtobuslar sərnişinləri standart marşrut üzrə – Abovyan, Sevan, Dilican, İcevan və Noyemberyan vasitəsilə Gürcüstanla sərhəd Baqrataşen kəndinə aparırdı.   İndi sərnişin daşımaları Araqatsotn bölgəsi vasitəsilə həyata keçirilir: İrəvandan Aparan,…

Ətraflı

Kür daşdı, əkin sahələri su altında qaldı

Son günlər yağan yağışlar səbəbindən Kür çayında suyun səviyyəsi xeyli artıb. Çayın Qazax rayonu ərazisindən keçən hissəsində artıq 10 gündə ikinci dəfədir ki, Kürün daşması nəticəsində əkin sahələrinə və təsərrüfatlara ziyan dəyib. Təbii fəlakət əsasən rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərinin əkin torpaqlarında fəsadlar törədib.   Viral.az xəbər verir ki, Aşağı Salahlı kəndinin sakinləri AzərTac-a…

Ətraflı

Planetlərin paradı yaxınlaşır

2024-cü il üçün planetlərin paradı iyunun 3-nə təsadüf edir. Bu zaman 6 planet – Merkuri, Mars, Yupiter, Saturn, Uran və Neptun sübh səmasında bir xətt üzrə düzüləcək.   Bu barədə Viral.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.   Planetlərin paradı dedikdə planetlərin səmada eyni vaxtda bir xətt üzrə düzülməsi nəzərdə tutulur. Planetlərin Günəş ətrafında dolanma…

Ətraflı

Xarkovu qorumaq üçün 2 “Patriot”a ehtiyac var

Ukrayna prezidenti Volodimir Zelenski Xarkovu qorumaq üçün 2 “Patriot” sisteminə ehtiyac olduğunu bildirib.   Viral.az xəbər verir ki, Zelenski bu barədə “ABC News”a müsahibəsində danışıb.   “Bizə yalnız iki “Patriot” sistemi lazımdır ki, Rusiya Xarkovu ələ keçirə bilməsin”, – o qeyd edib.   Yaralı ukraynalı müdafiəçilərə baş çəkərkən prezident qeyd edib ki, son bir neçə gündə…

Ətraflı

Monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək

IV və VI siniflərində təşkil olunacaq monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək.   Viral.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin böyük məsləhətçisi Fərid Cəfəri deyib.   O bildirib ki, ümumi təhsil müəssisələrinin IV və VI siniflərində təşkil olunacaq monitorinqlərdə üzrlü səbəbdən iştirak edə bilməyən…

Ətraflı

Bu ərazidə 12 mindən çox abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində mayın 17-də 12 min 500 abonentə təbii qazın verilişində fasilə yaranacaq. Viral.az bu barədə SOCAR-ın “Azəriqaz” İB-nin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib. Belə ki, “Şəhər-1” xəttindən qidalanan D-159 mm-lik orta təzyiqli qaz kəmərində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq 2024-cü il mayın 17-də saat 10:00-dan etibarən, işlər yekunlaşana qədər Sumqayıt şəhərinin…

Ətraflı

Baş nazirə qarşı sui-qəsdin motivi siyasidir

Slovakiyanın hüquq-mühafizə orqanları baş nazir Robert Fitsoya sui-qəsd cəhdinin yalnız bir versiyasını nəzərdən keçirir. Viral.az “Kommersant”a istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Matus Şutay-Eştok bildirib. Nazir bildirib ki, siyasi səbəblərə görə qətl nəzərdən keçirilir. Onun sözlərinə görə, mümkün motivlər Slovakiya Radio və Televiziyasının (RTVS) ləğvi haqqında qanun, məhkəmə şurası sədrinin istefası və xüsusi…

Ətraflı

Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyətini dayandırıb.   Bu barədə Viral.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.   Bildirilib ki, keçirilən nəzarət tədbirləri çərçivəsində “Şans Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir şəhərində yerləşən filialında ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin…

Ətraflı

Azərbaycanda problemli kreditlərin həcmi açıqlanıb

2024-cü il aprel ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 25442,7 milyon manat təşkil edib. Onun 21324,8 milyon manatı uzunmüddətli kreditlər olub. Viral.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin Mərkəzi Bankın məlumatları əsasında hazırladığı hesabatda qeyd olunub. Bildirlib ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin…

Ətraflı

Lukaşenko Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.   Viral.az xəbər verir ki, Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.   Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı…

Ətraflı

Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış olublar

Mayın 16-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.   Viral.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ətraflı

Gürcüstan Milli Bankı 60 milyon dollar SATIB

Gürcüstan Milli Bankı 60 milyon dollar satıb.   Viral.az “Exo Kavkaza”ya istinadən xəbər verir ki, bu barədə Milli Bankdan məlumat verilib.   Məlumata görə, bu qərar valyuta bazarında birdəfəlik iri əməliyyatlarla müşayiət olunan “son günlər inkişaf edən həyəcanlı proseslər”lə əlaqədar verilib.   Gürcüstan Milli Bankı qeyd edir ki, larinin devalvasiyası makroiqtisadi amillərlə bağlı deyil və qısamüddətli prosesdir.

Ətraflı

İki çevrilişin izini daşıyan konstitusiyadan qurtulmalıyıq

“Yeni konstitusiya ilə bağlı siyasi partiyalarla birlikdə ortaq bir yol tapacağıq”.   Viral.az TRT-yə istinadən xəbər verir ki, bunu TBMM sədri Numan Kurtulmuş deyib:   “Məzmunla bağlı danışıqlar oktyabr ayından başlaya bilər. Təkcə TBMM çərçivəsində deyil, Türkiyənin hər yerində bu mövzuda fikri olan hər kəsin prosesə töhfə verməsini təmin edəcəyik. Biz prosesi elə həyata keçirəcəyik ki,…

Ətraflı

Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 50 mini ÖTÜB

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 50 035 borcalana 3 milyard 075,946 milyon manat kredit verib.   Viral.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.   Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 439,716 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4 434 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.   Xatırladaq ki, Fond 2017-ci ilin sonunda…

Ətraflı

Gürcüstan baş naziri Türkiyədə SƏFƏRDƏDİR

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Türkiyəyə rəsmi səfəri başlayıb.   Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Ankara hava limanında İrakli Kobaxidzeni Türkiyənin nəqliyyat və infrastruktur naziri və digər rəsmi şəxslər qarşılayıblar.   Kobaxidze bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.   Gürcüstanın baş naziri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş bu gün baş tutacaq.

Ətraflı

Hava ilə bağlı xəbərdarlıqlar rəng şkalası ilə təqdim olunacaq

Küləkli hava şəraiti ilə bağlı “Rəng xəbərdarlıq sistemi” bu gündən meteo.az saytı vasitəsilə əhaliyə çatdırılır.   Viral.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.   O bildirib ki, ölkə ərazisində küləkli hava şəraiti ilə bağlı xəbərdarlıqlar sarı, çəhrayı və qırmızı rəng şkalasından istifadə olunmaqla www.meteo.az saytı vasitəsilə əhaliyə, həmçinin müvafiq qurumlara təqdim olunur….

Ətraflı