Yol polisindən sürücülərə MÜRACİƏT

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.   Bu barədə Viral.az-a BDYPİ-dən məlumat verilib.   Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində temperaturun 5-10 dərəcə aşağı enəcəyi, külək, yağış, sulu qar və qarla müşahidə olunacaq əlverişsiz hava şəraitinin fevralın 18-dək davam…

Ətraflı

Avtovağzala yeni mətbuat katibi təyin olundu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyin olunub.   Viral.az xəbər verir ki, bu vəzifə Rövşən Əliyevə həvalə edilib.   O, bundan əvvəl “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) əməkdaşı olub və yeni vəzifəsində Sabir Bilalovu əvəz edib.

Ətraflı

Baş Prokurorluqdan media nümayəndələrinə müraciət

Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edib.   Qurumdan Viral.az-a daxil olan müraciətdə deyilir: “Xəbər verildiyi kimi fevralın 13-də bir ailənin 5 üzvünün (2-si azyaşlı) qəsdən öldürülməsi faktı üzrə Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.   Təəssüflə bildiririk, baş vermiş hadisə ilə əlaqədar bəzi sosial media…

Ətraflı

Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasından jurnalistlərə çağırış

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanat yayıb.   Viral.az-ın məlumatına görə, bəyanatda deyilir ki, fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılıb, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı…

Ətraflı

AzTV-nin yaranmasından 68 il ötür

“Diqqət-diqqət, göstərir Bakı” – 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib. Viral.az xəbər verir ki, Şərqdə ilk televiziyanın ölkəmizdə fəaliyyətə başlamasından ötən 68 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib. 1996-cı ildə…

Ətraflı

Azərbaycan demokratiya yolunda yeni səhifə açır

İordaniyanın “Petra” dövlət informasiya agentliyinin və “Əl-Məmləkə” televiziya kanalının internet səhifələrində, aparıcı “Əl-Rəy” hökumət qəzetinin elektron versiyasında, eləcə də geniş oxucu kütləsinə malik www.ammonnews.com, www.sarayanews.com, www.jordanzad.com, www.jordanzad.com və www.assabeel.net xəbər portallarında Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri haqqında “Azərbaycan demokratiya yolunda yeni səhifə açır”, “İlham Əliyev növbəti dəfə Azərbaycan Prezidenti seçilib”, “İlkin nəticələr İlham Əliyevin qələbəsini…

Ətraflı

Rövşən Məmmədov Flora Xəlilzadəni AzTV-yə QAYTARDI

Bu yaxınlarda Azərbaycan Televiziyasının (AzTV) Ədəbi-dram verilişləri Baş Redaksiyasının baş redaktoru vəzifəsindən təqaüdə göndərilən tanınmış jurnalist Flora Xəlilzadə yenidən AzTV-yə qayıdıb. Viral.az xəbər verir ki, onun qayıdışı barədə Azərbaycan Televiziyasının rəhbəri Rövşən Məmmədov bildirib. “Flora Xəlilzadə bundan sonra Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin Bədii Şurasında fəaliyyət göstərəcək”,- R.Məmmədov deyib.

Ətraflı

“İlham Əliyevə səs vermək üçün 254 km yol qət etdik”

“Mən, xanımım və baldızım 254 km. yol qət edib İlham Əliyevə səs verdik”.   Viral.az-ın məlumatına görə, bunu İsveçrənin Sürix şəhərində yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli bildirib.   “Onun şəxsində mən Qarabağ Zəfərinə, Azərbaycanın ərazi bütövlüyünə, erməni separatizminin iflasına səs verdim. Ümid edirəm ki, Zəngəzur dəhlizini açmaq şərəfini də tarix onun adına yazacaq…”, – E.Həsənli…

Ətraflı

Media nümayəndələrindən şikayət daxil olmayıb

Saat 12:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının (MŞ) telefon nömrələrinə hər hansı zəng daxil olmayıb.   Viral.az xəbər verir ki, bu barədə Şura məlumat yayıb.   Bildirilib ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat…

Ətraflı

MEDİA-dan prezident seçkiləri ilə bağlı xəbərdarlıq

Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır.   Bu barədə Viral.az-a agentlikdən məlumat verilib.   “Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media…

Ətraflı

Jurnalistlər Seçki Məcəlləsinin tələbinə uyğun fəaliyyət göstərməlidir

Jurnalistlər seçki prosesi zamanı Seçki Məcəlləsinin tələbinə uyğun fəaliyyət göstərməlidir, burada hansısa zümrə yoxdur.    Viral.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.   “Qarşılıqlı anlaşma şəraiyində fəaliyyət göstərilsə, problem yaranmaz. Heç kəsin Seçki Məcəllənin tələbini və digər qanunvericilik aktlarını pozmağa haqqı yoxdur. Biz MSK olaraq heç vaxt qadağalarla danışmırıq. Biz…

Ətraflı

Seçkilərlə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək

Fevralın 7-də keçiriləcək Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək.   Viral.az xəbər verir ki, Şuranın (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri səsvemə başlayan andan bitənədək bu rejimdə fəaliyyət göstərəcək. Jurnalistlər bu nömrələrlə əlaqə saxlayaraq, prosesin işıqlandırılması zamanı mümkün anlaşılmazlıqlar və problemlər barədə…

Ətraflı

Seçkiləri işıqlandırmaq üçün 119 xarici jurnalist qeydiyyatdan keçib

Prezident seçkilərini işıqlandırmaq üçün 63 beynəlxalq media qurumu, 119 xarici jurnalist qeydiyyatdan keçib.   Viral.az “secki-2024.az” saytına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.   Növbədənkənar prezident seçkilərinə xarici medianın marağının böyük olduğunu diqqətə çatdıran MSK sədri deyib ki, indiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 63…

Ətraflı

Bu verlişə görə “Baku TV”-yə xəbərdarlıq edildi

Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib və “Baku TV” kanalının efirində yayımlanan, sonradan həmin kanalın veb-saytında və sosial şəbəkə platformalarında yerləşdirilən, habelə digər onlayn media subyektlərinin saytlarında yayımlanaraq geniş rezonans doğuran “Arzunun vaxtı” proqramının 29 yanvar 2024-cü il tarixli buraxılışnda yer alan mövzu müzakirə olunub.   Audiovizual Şuradan Viral.az-a verilən xəbərə görə, həmin proqram 16…

Ətraflı

AZAL-ın idarə rəisi işdən çıxdı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb.   Viral.az xəbər verir ki, o bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.   A.Süleymanova bildirib ki, işdən çıxmağına səbəb başqa iş təklifi almasıdır.   Qeyd edək ki, A.Süleymanova 2023-cü ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi.

Ətraflı

Audiovizual Şura 50 min manat vəsaiti büdcəyə qaytardı

Azərbaycan Respublikası Audiovizual Şurasının 2023-cü il üzrə Maliyyə Hesabatı açıqlanıb.   Şuradan Viral.az-a verilən xəbərə görə, Audiovizual Şuraya hesabat ilində illik plana əsasən, dövlət büdcəsindən 2.654.037,00 (iki milyon altı yüz əlli dörd min otuz yeddi manat), nəqliyyat vasitələrinin icbari sığortası üçün 1.021,10 (bir min iyirmi bir manat on qəpik), yeni xidməti minik avtomobilinin alınması üçün…

Ətraflı

Həmid Herisçinin vəziyyəti yaxşılaşır – Həyat yoldaşı

Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilmiş yazıçısı, jurnalist Həmid Herisçinin vəziyyəti yaxşılaşıb. Viral.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza bildirib: “Maraqlananlar üçün deyim ki, Həmidin bu gecə qızdırması olmayıb. Hər gün olurdu və vəziyyəti pisləşirdi. Bu fakt məncə müsbət haldır». Xatırladaq ki, 1960-cı il təvəllüdlü Həmkd Herisçi…

Ətraflı

AZƏRTAC Fransa bürosuna müxbir AXTARIR

AZƏRTAC Fransa bürosu üzrə müxbir vakansiyası elan edib.   Viral.az xəbər verir ki, vakansiyaya müraciət edən şəxslərə verilən tələblər:   – Agentliyi işlədiyi ölkədə təmsil etmək, Azərbaycanla bağlı tədbirlərin işıqlandırılmasını təmin etmək, yerli xəbərləri operativ şəkildə redaksiyaya göndərmək;– Keyfiyyətli videosüjetlər, fotoinformasiyalar hazırlamaq;– İşlədiyi ölkənin rəsmi şəxslərindən, tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərindən müntəzəm surətdə məxsusi…

Ətraflı

Əməkdar jurnalistin ürəyinə stend qoyulub

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu ömrünün 65-ci ilndə 3-cü dəfə ürək əməliyyatından keçib. Mətbuat Şurasından Viral.az-a verilən məlumata görə, jurnalist bugünlərdə xroniki ürək çatışmazlığı ilə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun mütəxəsislərinə müraciət edib. Aparılan təcili müayinələrdən sonra Tahir Aydınoğlu angioqrafiya əməliyyatından keçmək üçün TƏBİB-in xətti ilə Bakı Sağlamlıq Mərkəzinin invaziv…

Ətraflı

AZƏRTAC işçi axtarır 

AZƏRTAC Azərbaycan dili üzrə redaktor vəzifəsinə vakansiya elan edib.   Viral.az xəbər verir ki, vakansiya üzrə aşağıdakı tələblərə uyğun olan namizədlər müraciət edə bilərlər.   – Azərbaycan dilində xəbərlərin redaktəsi; – İnformasiyaların buraxılışa hazırlanması; – Vacib xəbərlərin operativ dərc edilməsinin təşkili; – Müxbir yazılarının vaxtında buraxılışa verilməsinin təmin edilməsi; – Aktual mövzuların diqqətdə saxlanılması; – Mətbuatın…

Ətraflı