Sabiq prezident helikopter qəzasında öldü 

Çilinin keçmiş prezidenti Sebastian Pinera helikopter qəzası nəticəsində dünyasını dəyişib.   Viral.az xəbər verir ki, bu barədə Çilinin daxili işlər naziri Karolina Toja məlumat verib.   O bildirib ki, helikopterdə olan digər üç sərnişin sağ qalıb.   Yerli mətbuatın məlumatına görə, helikopter fevralın 6-da güclü yağışların yağdığı bölgəyə düşüb.    Qeyd edilir ki, helikopteri Pinyeranın…

Ətraflı

Ürək üçün ən təhlükəli qəhvə

İsveçin Geteborq universitetinin alimləri ürək-damar sistemi üçün ən təhlükəli qəhvəni tapıb. Viral.az “medicina”ya istinadən xəbər verir ki, frenç-press yolu ilə hazırlanan, eləcə də filtrə olunmuş qəhvə ən zərərlisidir. Tədqiqatın nəticələri beynəlxalq Kardiologiya dərgisində çap olunub. Tədqiqatçılar 20-79 yaş arası 509 min Norveç sakinini analiz edib. 20 illik müşahidələr göstərib ki, filtrə edilmiş qəhvə içənlər kişilərdə ürək-damardan…

Ətraflı

Qalmaqallı amerikalı jurnalist Putindən müsahibə alacaq

Məşhur amerikalı jurnalist və “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlson yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putindən müsahibə alacağını bildirib.   Viral.az xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.   Jurnalist Ukrayna prezidenti Volodimir Zelenskidən də müsahibə almaq niyyətində olduğunu deyib.   Amerikalı jurnalist ötən həftənin sonunda Rusiyaya gəlib. 2023-cü ilin aprelində “Fox…

Ətraflı

Azərbaycanlı diplomat VƏFAT ETDİ

Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib.   Viral.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb.   “Bu gün, dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – XİN-in səhifəsində bildirilib.

Ətraflı

Qubada qəza, yaralılar var 

Qubada minik avtomobilinin qoşqulu texnika ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb.   Viral.az xəbər verir ki, hadisə rayonun Hacıhüseynli kəndi ərazisində baş verib.   “VAZ 21099” markalı minik avtomobili yolda hərəkətdə olan kustar üsulla hazırlanmış meyvə daşıyan qoşqulu nəqliyyat vasitəsilə toqquşub. Hadisə zamanı qoşqulu texnikada olan iki nəfər xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına…

Ətraflı

Qasırğa səbəbindən yüz minlərlə rusiyalı işıqsız qaldı

Dağıstanın 200 mindən çox sakini işıqsız qalıb.  Viral.az “lenta.ru”ya istinadən xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, qasırğa səbəbindən elektrik enerjisinin verilişində fasilələr yaranıb. Təbiətin tüğyan etməsi Respublikanın Buynak, Kasumkent, Serqokalinski, Tlyaratinski, Axtınski, Maqaramkentski, Daxadayevski, Karabudaxkentski, Qunibski, Levaşinski, Akuşinski, Qergebilski və Dərbənd rayonları ilə yanaşı, Makxala rayonlarının 258 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilələr yaradıb. Pis hava şəraitinin fəsadlarını aradan…

Ətraflı

Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq

İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən Bakcell şirkəti Qarabağ bölgəsində öz strateji genişlənmə planlarını elan edib. Belə ki, şirkətdən verilən məlumata əsasən, Bakcell regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq.   Bu barədə Viral.az “Bakcell”ə istinadən xəbər verir. “Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ…

Ətraflı

Nikah üçün daha çox hansı ölkə vətəndaşları seçilir?

2023-cü ildə qeydiyyat orqanlarında 54,165 nikah dövlət qeydiyyatına alınıb.   Viral.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.   Eyni zamanda bildirilib ki, 2023-cü ildə qeydiyyat orqanlarında Azərbaycan Respublikasının vətəndaşı olan 1,133 qadının və 1,070 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.   Rəsmi məlumata görə, Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası, Türkiyə, Gürcüstan və…

Ətraflı

Qarabağ Universitetinin nizamnamə fondu açıqlandı

Qarabağ Universitetinin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları müəyyənləşib.   Viral.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.   Nizamnaməyə əsasən, Universitetin nizamnamə fondu 10.000.000 (on milyon) manatdır.   Universitetin əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən…

Ətraflı

Haaqada yaradılmış məntəqədə hazırlıq işləri başa çatdırılıb

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Niderlanddakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsinin 52 saylı seçki məntəqəsində də hazırlıq işləri başa çatdırılıb.   Viral.az xəbər verir ki, bu ölkədə yaşayan vətəndaşlarımız fevralın 7-də yerli vaxtla saat 08:00-dan 19:00-dək seçki məntəqəsinə gələrək sərbəst şəkildə səs verə bilərlər. Səfirlikdə yaradılmış 52 saylı seçki məntəqəsində 324 seçici…

Ətraflı

Komanda yoldaşını vuran futbolçu klubdan qovuldu 

“Turan Tovuz” klubu futbolçu Budaq Nəsirovla yollarını ayırıb.   Klubdan Viral.az-a verilən məlumata görə, bölgə təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.   Qeyd edək ki, AFFA İntizam Komitəsi Budaq Nəsirovu Əvəzedicilər Liqasının XX turunda “Səbail-2” ilə matçda komanda yoldaşını vurduğu üçün 4 oyunluq diskvalifikasiya etmişdi.

Ətraflı

Çilidə meşə yanğınlarında ölənlərin sayı ARTIR

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında ən azı 131 nəfər ölüb. Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə tibbi ekspertizadan məlumat verilib. “Fevralın 6-da saat 12:00-a ölənlərin sayı 131 nəfər olub”, – deyə məlumatda bildirilir. 35 cəsədin şəxsiyyəti müəyyən edilib. Bundan əvvəl 122 nəfərin öldüyü bildirilirdi.  

Ətraflı

Qarabağ Universitetinin Nizamnaməsi TƏSDİQLƏNDİ

“Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib.   Viral.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.   Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Ətraflı

Həkimdən asqırmağı saxlayanlara XƏBƏRDARLIQ

Səhv asqırma ciddi nəticələrə səbəb ola bilər. Viral.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə fizioterapevt Svetlana Malinovskaya xəbərdarlıq edib. Həkimin sözlərinə görə, asqırarkən hava burundan saniyədə 120 metr sürətlə çıxır və daxili divarlarda 100 millimetrdən çox civə təzyiqi yaradır. “Bir şəxs burnunu sıxarsa damarların zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı, bütün mikroblar orqanizmdə qalır. Heç…

Ətraflı

Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı

Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb.   Viral.az xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün “ATV” telekanalında yayımlanan “Bizimləsən” verlişinə müraciət edib.   Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Əldə etdiyimiz məlumata görə, bu məbləğ 11 min dollar…

Ətraflı

Rusiya onu beynəlxalq axtarışa VERDİ

Rusiya müstəntiqləri postsovet Rusiyanın ilk bankirlərindən biri Aleksandr Konanıxini terrorizmə çağırışlarda qiyabi ittiham edərək beynəlxalq axtarışa veriblər. Viral.az “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli Hüquq-mühafizə orqanları məlumat verib. “İstintaq Aleksandr Pavloviç Konanıxini qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsində (terrorçuluğa açıq çağırışlar) nəzərdə tutulan cinayəti törətməkdə ittiham edib.Təqsirləndirilən şəxs xaricdə istintaqdan gizləndiyinə…

Ətraflı

Hərracda 20-yə qədər maşın satıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.   Viral.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac rəqabətli keçib. Belə ki, “Hyundai Getz” markalı avtomobilin start qiyməti 1275 manat olsa da, son təklif 7800 manata yüksəlib. İlkin qiyməti 6750 manat olan “Mercedes Benz Vito” isə 9500…

Ətraflı

170 milyon il əvvəl yaşamış pterozavr növü aşkar edildi

Şotlandiyanın Skay adasında yeni pterozavr növü aşkar edilib.   Viral.az xəbər verir ki, Təbiət Tarixi Muzeyinin tədqiqatçısı, professor Paul Barret pterozavrın yaxın həmcinslərinin Çində yaşadığını qeyd edərək, bu kəşfin “tam sürpriz” olduğunu bildirib.   Paleontoloqlar 2006-cı ildə adanın cənub-qərb sahilində yerləşən Elqolda səfər zamanı daşlaşmış qalıqlar aşkar ediblər. Həmin vaxtdan etibarən sümüklərin bənzərini yaratmaq üçün illər…

Ətraflı

Macarıstan İrəvanda konsulluq açmaq istəyir 

Macarıstan İrəvanda konsulluq açmaq niyyətindədir.   Viral.az xəbər verir ki, bunu Macarıstan prezidenti Katalin Novak ermənistanlı həmkarı Vahaqn Xaçaturyanla birgə mətbuat konfransında deyib.   O qeyd edib ki, bu, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə kömək edəcək.   Novak ölkəsinin Ermənistan üçün viza rejiminin liberallaşdırılması prosesini dəstəkləyəcəyini vurğulayıb.

Ətraflı

Mirzoyan Niderlanda gedir

Ermənistan xarici işlər naziri rəhbəri Ararat Mirzoyan Niderlanda səfərə gedir.   Viral.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.   Səfər fevralın 9-dəl davam edəcək    Nazir Niderlandın icraedici və qanunvericilik orqanlarının nümayəndələri ilə görüşəcək.   Mirzoyan, həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri ilə bir sıra görüşlər keçirəcək.

Ətraflı