“Kloppun gedişi böyük itki olacaq” – Viral.az

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqada bu gün “Liverpul”la keçiriləcək qarşılaşmadan öncə rəqibin çalışdırıcısı Yurgen Klopp haqda fikirlərini bölüşüb.

Viral.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, bunları deyib:

“Əlbəttə, onun gedişi böyük itki olacaq. O, ilham mənbəyidir. Klopp Premyer Liqanı dəyişdirən və ona həqiqətən ruhlandırıcı oyun tərzini aşılayandır. Biz onun üçün darıxacağıq. Amma o, hələlik buradadır”.

Ötən həftə Klopp bu mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb.