Şəmkirdə dönərdən kütləvi zəhərlənmə

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

 

Viral.az-ın məlumatına görə, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərləniblər.

 

Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mersin” dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.

 

Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

 

Faktla bağlı araşdırma aparılır.(“Report”)