Türkiyə ilk yerli döyüş təyyarələrini 2028-ci ildə əldə edəcək 

Türkiyənin istehsal etdiyi beşinci nəsil hərbi təyyarələrin 2028-ci ildə döyüş növbətçiliyinə təhvil verilməsi planlaşdırılır.

 

Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli əyalətinin cənub-qərbində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib.

 

Onun sözlərinə görə, beşinci nəsil təyyarənin işlənib hazırlanması prosesi Türkiyədə təxminən 15 ildir davam edir və hazırda KAAN təyyarəsinin uçuş sınaqlarının başlanmasını nəzərdə tutan kritik mərhələ arxada qalıb. “Döyüş təyyarəsinin ilk uçuşu uğurla başa çatıb. İlk KAAN təyyarələrini 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırırıq”, – deyə Türkiyə rəhbəri bildirib.

 

Dövlət başçısı Türkiyənin hərbi təyinatlı məhsullarının ixrac həcminin artdığını da vurğulayıb.

 

Ərdoğan xatırladıb ki, 2023-cü ilin yekunlarına görə Türkiyənin müdafiə sənayesi məhsulları ixracının həcmi 5,5 milyard dollara çatıb. “Bu gün Türkiyə öz hərbi gəmilərini inşa edə bilən on ölkənin siyahısına daxildir. Üstəlik, biz yalnız hərbi gəmilərin layihələndirilməsi və istehsalı ilə məşğul olmuruq, həm də onları yerli silahlarla, o cümlədən radarlarla təmin edirik”, – Türkiyə Prezidenti bəyan edib.

 

Türkiyə Prezidenti Türkiyənin müdafiə sənayesinin nailiyyətləri sırasında zərbə endirən pilotsuz uçuş aparatlarını (PUA) və pilotsuz KIZILELMA təyyarəsini qeyd edib.