Dövlət Departamentindən Azərbaycan-Ermənistan sərhədinə dair AÇIQLAMA

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına xüsusi diqqət yetirir.

Viral.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Vaşinqtonda keçirdiyi brifinqdə jurnalistin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası məsələsi təkcə dövlət katibi Antoni Blinkenin diqqətini çəkmir:

“Bu, bizim diqqətimizdə olan məsələdir. Təkcə dövlət katibi deyil, həm də dövlət katibinin köməkçisi O’Brayen (ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi), eləcə də baş əlaqələndirici Bono (ABŞ Dövlət Departamentinin baş məsləhətçisi) tərəflərlə əlaqə saxlamaqla məsələyə diqqət yetiriblər”.