“Hazırda xəritələr üzrə razılaşma yoxdur” – Paşinyan

“Delimitasiya prosesində istifadə edilməli olan xəritələrlə bağlı Ermənistanla Azərbaycan arasında heç bir razılaşma yoxdur”.

Viral.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Baş nazir dəqiq xəritələlərin təsdiqlənmədiyini, lakin hər iki ölkənin Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdığını deyib:

“Buna görə də, belə bir anlayış var ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi olmalıdır”.