PKK tərəfdarları Fransada hücum etdi

Fransanın Paris hava limanında kütləvi dava düşüb.

 

Viral.az xəbər verir ki, hadisə kürd fəalın Türkiyəyə deportasiya edilməsi zamanı baş verib.

 

20-yə yaxın adam konvoya hücum edib. Hava limanının üç əməkdaşının yaralandığı bildirilir.

 

Hadisədən sonra həbs edilən olmayıb. Hücum edən şəxslərin PKK tərəfdarları olduğu qeyd olunur.