Türkiyənin paytaxtında ZƏLZƏLƏ

Türkiyənin Ankara vilayətində yenidən zəlzələ olub.

 

Viral.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Nallıhan rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.