Madrid klubu Levandovski ilə maraqlanır – Viral.az

“Barselona”nın hücumçusu Robert Levandovski yay transfer pəncərəsində Kataloniya klubunu tərk edə bilər.

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” və Səudiyyə Ərəbistanı klubları polşalı futbolçu ilə maraqlanır. Hücumçunun özü bu yay “Barselona”dan ayrılmaq niyyətində deyil.

Levandovski bu mövsüm bütün turnirlərdə 39 matçda iştirak edib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.