AĞIQ QƏZA: Taksi dərəyə düşdü, 10 nəfər ÖLDÜ

Hindistanın şimalında dağlarda taksinin dərəyə aşması nəticəsində 10 nəfər ölüb.

Viral.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qəzanın baş verdiyi Hindistan Birliyinin Cammu və Kəşmir ərazisinin polisi məlumat verib.

Faciə Cammu-Srinaqar milli avtomobil yolunun Ramban bölgəsində baş verib. İlkin məlumata görə, taksi sürücüsü pis hava şəraitində idarəetməni itirib. Daha əvvəl sinoptiklər Cammu və Kəşmirdə yağış və ya qar yağacağı ilə bağlı xəbərdarlıq etmişdilər.

Hadisə yerində xilasedicilər qrupu işləyir. 

Yusif EYVAZLI