“EL CLASSİCO” bu kanalda YAYIMLANACAQ

Bütün dünya futbolsevərlərinin gözlədiyi məhşur “EL CLASSİCO” REAL TV-də!

Viral.az xəbər verir ki, La Liga-nın Azərbaycanda rəsmi yayımçıları olan REAL TV və TVNET SPORT bu axşam saat 22.55-də Real Madrid-Barselona oyununu yayımlayacaqlar.

Xatırladaq ki, REAL TV La Liganın rəsmi yayımçısı olaraq hər həftə TVNET SPORT ilə birgə yayımda ispaniya çempionatının 2-3 oyununu yayımlayır. TVNET SPORT isə hər həftə La Liganın 10 oyununu canlı yayımlayır.