COP29-un sədrləri Çilinin naziri ilə görüşüblər

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilat komitəsinin üzvləri Çilinin Ətraf Mühit naziri Maisa Roxas ilə görüş keçirib.

 

Viral.az xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

 

“COP-un əvvəlki təşkilatçısı kimi Çili Bakıda COP29 üçün iş prosesinin qurulmasında əvəzsiz tərəfdaş olacaq”, – paylaşımda qeyd olunub.