U-17 millimiz Tacikistanla üz-üzə gələcək

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Turnirində növbəti oyununu keçirəcək.

 

Viral.az-ın məlumatına görə, yığma Tacikistan kollektivi ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

 

Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.