Göygöldə 55 yaşlı kişinin meyiti TAPILDI

Göygöl rayonu, Qızılca kəndində çətinkeçilən ərazidən 1 nəfərin meyiti çıxarılıb.

 

Viral.az xəbər verir ki, Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində meyit çətinkeçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Tapılan meyitin kənd sakini 1969-cu il təvəllüdlü Fazil Bayramova məxsus olduğu məlum olub.

 

Onun ölüm səbəbi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.