Etirazçılar Ermənistan-İran magistral yolunu bağladı

Ermənistanda Azərbaycanla sərhədin delimitasiyasına etirazlar davam edir.

 

Viral.az yerli mətbuata istinadən xəbər verir ki, Vayots Dzor bölgəsində etirazçılar traktorlarla Ermənistan-İran magistral yolunu bağlayıblar.

 

“Vətəndaşlar Ermənistan-İran magistral yolunun Yeqnadzor şəhəri yaxınlığındakı hissədə traktorlarla kəsiblər”, – nəşrlər yazıb.

 

Yeqeqnadzor şəhəri İrəvandan təxminən 130 km aralıda yerləşir. Yayımlanan görüntülərdə bir neçə traktorun yolu bağladığı görünür. Onların yaxınlığında avtomobillər və yük maşınları dayanıb.