Qazaxıstan ABŞ-a təyyarələr satıb?

ABŞ Rusiyanın müttəfiqi olan ölkədən sovet dövründən qalma 81 döyüş təyyarəsi alıb.

 

Viral.az xəbər verir ki, bu barədə “Kyiv Post” yazıb.

 

Təyyarə parkını yeniləyən Qazaxıstan Sovet dövründən qalma 117 qırıcı və bombardmançı, o cümlədən 1970-1980-ci illərə aid MiQ-31 qırıcıları, MiQ-27 qırıcı-bombardmançıları, MiQ-29 qırıcıları və Su-24 bombardmançılarını hərraca çıxarıb. Nəşr yazır ki, elan edilmiş satış qiyməti 1 milyard Qazaxıstan təngəsi və ya 2,26 milyon dollar olub.

 

“Birləşmiş Ştatlar 81 köhnəlmiş döyüş təyyarəsi alıb… ABŞ-ın satın alma motivi açıqlanmır, lakin biz onların analoji təyyarələrin xidmətdə olduğu Ukraynada potensial istifadə imkanlarından danışırıq”, – materialda deyilir.