Mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Nizami rayonu ərazisində mənzillərin birindən 60 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü polis şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib və o saxlanılıb.

 

Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.