Qalmaqallı “xarici agentlər” qanunu ikinci oxunuşda

Gürcüstan parlamentinin Hüquq Komitəsi xarici agentlər haqqında qanun layihəsinə ikinci oxunuşda baxmağa başlayıb.

 

Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, komitənin iclasında hakim “Gürcü Arzusu” Partiyasının təşəbbüsü ilə bağlı layihə maddə-maddə müzakirə olunur.

 

Müxalifət bunu Rusiyada qəbul edilən analoji qanunla müqayisə edir. Bunun üçün “Aqmaşenebeli Strategiyası”nın lideri Giorgi Vaşadze, “Milli Hərəkat”dan olan deputat Levan Bejaşvili və Tamar Kordzay artıq zalda deyil.

 

Bu gün qanun layihəsinin komitələr səviyyəsində dəstəklənəcəyi, aprelin 30-da isə ikinci oxunuşda plenar iclasda səsə qoyulacağı gözlənilir.