Ukrayna F-16-ları hansı şəraitdə saxlayacaq?

F-16 qırıcıları Rusiya Federasiyası tərəfindən vurulmamaq üçün Ukrayna ərazisinə “səpələnmiş şəkildə” və yeraltı bunkerlərdə saxlanılacaq,

 

Viral.az “Strana”ya istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü İlya Yevlaş bildirib.

 

“Söhbət yeraltı anbarların və bunkerlərin qazılmasından gedirsə, bu, çox böyük puldur. Bu da vaxt aparır. Ona görə indi necə təşkil etmək və harada yerləşdirməklə bağlı başqa üsullar hazırlanır. Biz başa düşürük ki, bu, müxtəlif növ uçuş-enmə zolaqlarında və aerodromlarda səpələnmiş şəkildə istifadə olunacaq, burada düşmənin onları tapması çətin olacaq”, – Yevlaş bildirib.

 

Xatırladaq ki, təyyarələrin bu il Ukraynada olması gözlənilir.