Baltikyanı ölkələr Rusiyanı GPS-i tıxamaqda ittiham edir

Baltikyanı ölkələr Rusiyanı GPS-in regionda tıxanmasında ittiham edir. Bu, hava nəqliyyatını təhdid edə bilər

 

Viral.az “Financial Times”a istinadən xəbər verir ki, Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib:

 

“Rusiya sərhədlərinə yaxın Baltikyanı regionda vəziyyət diqqətdən kənarda qalmayacaq qədər təhlükəlidir”.

 

Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Marqus Tsahkna isə bunu hibrid hücum adlandırıb: “Biz GPS ilə baş verənləri Rusiyanın düşmənçilik fəaliyyətinin bir hissəsi kimi görürük və biz bunu mütləq müttəfiqlərimizlə müzakirə edəcəyik”.

 

Estoniya, Latviya və Litvanın xarici işlər nazirləri aviasiya qəzaları təhlükəsinin artması ilə bağlı xəbərdarlıq ediblər.

 

“Financial Times” yazır ki, Rusiya Kalininqrada pilotsuz təyyarələrin hücumlarının qarşısını almaq üçün GPS siqnallarını tıxanır. Nəşr xatırladır ki, 2024-cü ilin martında Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps və bir qrup jurnalistin olduğu Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Polşadan qayıdarkən Kalininqrad yaxınlığında uçarkən siqnalını itirib.

 

“Ryanair” B”altik regionu ölkələrinin hava məkanına 2300-dən çox, “Wizz Air” təxminən 1400, “British Airways” 82 və “EasyJet 4 uçuşunda müdaxilə edildiyini bildirib. Aprelin 25-i və 26-da Helsinkidən Estoniyanın Tartu şəhərinə uçan iki “Finnair” təyyarəsi GPS-in müdaxiləsi səbəbindən uçuş hava limanına qayıtmaq məcburiyyətində qalıb.