Bayramov-Mirzoyan görüşü barədə Qazaxıstandan AÇIQLAMA

Qazaxıstan Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan rəsmiləri arasında Almatıda keçiriləcək görüşün təfərrüatlarını açıqlayıb.
 

Viral.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aibek Smadiyarov danışıb.

 

O bildirib ki, Almatıda keçiriləcək danışıqlar yalnız Azərbaycan və Ermənistan arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir.

 

Diplomat vurğulayıb ki, Qazaxıstan xoşməramlı xidmətlər təqdim edir, sözdə yaxşı ofis, yəni danışıqlar üçün platforma təmin edəcək: “Əgər bu iki ölkə sülhə gəlsə və bu, bizim tərəfimizdən imzalansa, bunun bütün region üçün böyük müsbət təsiri olacaq”.

 

Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. Dövlət başçısı qeyd edib ki, əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək.

 

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan bildirib ki, İrəvan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan xarici işlər naziri (XİN) Ceyhun Bayramovun Qazaxıstanda görüşünün keçirilməsi imkanını nəzərdən keçirir. Onun sözlərinə görə, görüşün tarixi razılaşdırılır.  

 

Qeyd edək ki, Ceyhun Bayramov və Ararat Mirzoyan sonuncu dəfə fevralın 28-29-da Berlində görüşüb.