KİV: Paşinyan Putinin andiçməsinə getməyəcək

Mayın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək. Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Ermənistan Baş naziri Nikol Paşinyanın həmin mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyi olub.

 

Viral.az xəbər verir ki, Ermənistanın “MediaHub” nəşrinin mənbələri Paşinyanın andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

 

Qeyd olunur ki, Ermənistan Rusiyadan müttəfiq kimi narazı olduğunu bir daha göstərmək istəyir.

 

Saytın mənbəsinin məlumatına görə, Paşinyan Avrasiya İqtisadi İttifaqının yaradılmasının 10 illiyi münasibətilə təşkil olunan yubiley sammitində iştirak etmək üçün mayın 8-də Rusiyada olacaq. Paşinyan 9 May Qələbə Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak etməyəcək.