Avropa Komissiyasının Baş direktoru Cənubi Qafqaza gəlir

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupman Cənubi Qafqaza səfər edəcək.
 

Viral.az xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyi məlumat yayıb.

 

Səfət aprelin 30-dan mayın 4-dək davam edəcək.

 

O, ikitərəfli və regional əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək, həmçinin yeni təşəbbüslər irəli sürmək üçün Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək.