Fidan Blinkenlə Qəzza və Ukraynadan danışdı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

 

Viral.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Görüş zamanı Qəzzada son vəziyyət və danışıqların hazırkı mərhələsi müzakirə olunub.

 

Fidan daimi atəşkəs və humanitar yardımın Qəzzaya çatması üçün İsrailə təzyiq edilməli olduğunu vurğulayıb.

 

Ukraynadakı son vəziyyət dəyərləndirilib, ikitərəfli münasibətlər də müzakirə edilib.