Küləkli hava bu tarixdən KƏSİLƏCƏK

Milli Hidrometeorologiya Xidmətinin mayın 02-si saat 08:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Hazırda küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır.

 

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 mertdir.

 

Müşahidə olunan küləkli hava şəraitinin mayın 03-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.