Anamın ailəsi ukraynalıdır, dillərini 95 faiz bilirəm

“Telegram” platformasının yaradıcısı Pavel Durov bildirib ki, o, ukrayn dilinin 95%-ni başa düşür və anasının ailəsi Ukraynadandır.

 

Viral.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

 

O əlavə edib ki, 2008-ci ildə ukrayn dili VK interfeysinə daxil edilən ilk dil olub və bundan sonra o, dəfələrlə Kiyevdə olub və dostlarından ona yeni sözlər öyrətmələrini istəyib.

 

Platforma yaradıcısı vurğulayıb ki, Ukrayna qlobal “Telegram” auditoriyasının 3%-ni təşkil edir, lakin ukraynalıların 70%-dən çoxu ondan mesaj mübadiləsi üçün istifadə edir.