Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar çox çətin olacaq

“Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar çox çətin olacaq”.

 

Viral.az UNIAN-a istinadən xəbər verir ki, bunu Latviya prezidenti Rinkeviçs deyib.

 

“Aİ-yə üzvlük həm də kifayət qədər böyük məsuliyyət deməkdir və hazırda müharibə şəraitində olan bir ölkədə islahatlar və ya transformasiyalar həyata keçirmək, əlbəttə ki, o qədər də asan deyil.

 

Ona görə də hesab edirəm ki, bəli, biz iyun ayında Ukrayna və Moldovaya danışıqlara başladığımız barədə müsbət siqnal verməliyik”, – o qeyd edib.