Qərbi Azərbaycan İcmasında yeni komissiya yaradıldı

Qərbi Azərbaycan İcmasında hüquq komissiyası yaradılıb.

 

Viral.az xəbər verir ki, bu barədə İcmanın sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” adlı beynəlxalq elmi konfransda çıxışı zamanı məlumat verib.

 

O bildirib ki, həmin komissiyaya hüquqşünaslar cəlb olunub: “Onlar Qərbi azərbaycanlıların beynəlxalq hüquqi kontekstdə öz doğma yurdlarına necə qayıda biləcəkləri barədə araşdırmalar aparacaqlar”.

 

Qeyd edək ki, Hüquq Komissiyasının sədri hüquq elmləri doktoru, professor Zahid Cəfərovdur.